Bakı Apelyasiya Məhkəməsində “Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərardan verilmiş şikayətə baxılıb.
FED.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Əli və Nino yayım” MMC-nin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi “Əli və Nino yayım” MMC-nin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib.
Qeyd edək ki, “Əli və Nino yayım“ MMC kitab satışı məşğuldur.