Mediasiya şurası və Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsi arasında əməkdaşlığa dair protokol imzalanıb.
FED.az xəbər verir ki, "MÜSİAD Azərbaycan" dan MArja-ya verilən məlumata görə, Protokol Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli tərəfindən rəsmiləşdirilib.
Görüşdə Şura və MUSİAD Azərbaycan arasında əməkdaşlıq imkanlarından, kommersiya və əmək mübahisələrinin mediasiyada həllindən, mediasiyanın biznes mühitində təbliği, kommersiya mübahisələrinin mediasiya yolu ilə həlli və bir çox məsələlər müzakirə olunub.
Protokola əsasən MÜSİAD Azərbaycan üzvü olan şirkətlərin mediasiya proseslərində iştirakı tələb edildikdə Mediaisya Şurasının üzvü olan Mediasiya Təşkilatlları və mediatorlarla əlaqələndirmədə dəstəyin göstərilməsi həyata keçirləcək.
Qeyd edək ki, MÜSİAD 1990-cı ildə İstanbulda təsis edilib. Hazırda təşkilat öz sıralarında dünyanın müxtəlif ölkələrindən olan 11 000 şirkəti birləşdirir və 95 ölkədə fəaliyyət göstərir.
“AlbayrakGroup”, Türk Hava Yolları (THY), “Kalyon Group” və “Cengiz İnşaat” kimi Türkiyənin aparıcı şirkətləri də MÜSİAD üzvləri arasında yer alır.