İsveçin məşhur İKEA şirkəti «xruşovka» binalardakı mənzillər üçün dizaynlar hazırlayıb pulsuz təqdim etməklə Rusiyadakı satışlarını 17% artırmağa nail olub.
Eləcə də bax: Mebelin defekti şirkətə - 100 MİLYON DOLLARA BAŞA GƏLDİ
FED.az xəbər verir ki, hazırda hazırda şirkət bu üsulu digər ölkələrdə də tətbiq etmək istəyir.
İKEA pulsuz dizayn kitabxanası sistemini 2019-cu ilin iyununda işə salıb. Burada «xruşovka» binalardakı mənzillər üçün ən uyğun dizayn variantları (14 layihə) əksini tapıb. Belə mənzillərin sahibləri evlərini daha yaxşı dizayn etmaək üçün bu layihələrdən pulsuz istifadə edə bilərdilər. Dizaynın virtual variantına baxmaq üçün sakinlər sadəcə öz ünvanını daxil etməlilirlər.
Bu sistem işə düşəndən sonra həmin saytı 2,8 milyon nəfər ziyarət edib. Onların əksəriyyəti yeni alıcı olub. İndi İKEA oxşar layihələri başqa ölkələrdə, o cümlədən Almaniya, Polşa və Çində də işə salmağı planlaşdırır.