Mərkəzi qərargahı Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq konsaltinq şirkəti "Knight Frank" bəyan edib ki, Rusiya və MDB-dən olan zəngin insanların 45%-i ölkələrini birdəfəlik tərk etmək istəyir.
FED.az xəbər verir ki, bu barədə şirkətin bahalı daşınmaz əmlak və buna uyğun 30 mln. dollardan artıq sərvəti olan (ultra-zəngin) insanların investisiya trendi ilə bağlı illik hesabatında bildirilir.
"Knight Frank" bu kateqoriyadan olan müştərilərin aktivlərini idarə edən və onlara konsaltinq xidməti göstərən 500 şirkət arasında apardığı sorğu keçirib. Sorğu 50 000 ultra-zəngin insan arasında, onların yaşayış yerini birdəfəlik tərk etmək fikrinə münasibətlə əlaqədar olub. Nəticədə Rusiya və MDB-dən olan ultra-zəngin insanların 45%-nin, Latın Amerikasından olanların isə 30%-nin ölkələrini birdəfəlik tərk etmək istədiyi məlum olub.