MC&S-in media monitorinq qrupu 01-31 iyul 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
FED.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik. Beləliklə:
Mobil operatorlar:
Azercell 1318
Bakcell 1061
Nar Mobile 1059
Banklar:
Kapital Bank 834 ABB 627
Paşa Bank 397
Bank Respublika 332
Unibank 309
Hotellər
Caspia Plaza 140
Excelsior 74
Fairmont Baku 65
JW Marriott Absheron 60
Hilton 55
Universitetlər:
UNEC 886
BDU 776
BANM 749
ADA 633
ATU 506
Sığorta şirkətləri
Atəşgah 112
PAŞA 108
Azsıgorta 67
Qala 57
AXA MBASK 51
Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.
Media Consulting and Services 2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir.