"McDonald's" Avropa Birliyində (AB) "Big Mac" burger ticarət markasını itirdi.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi Əqli Mülkiyyər Dairəsi "fast-food" nəhənginin markanı AB-nin qanunlarına uyğun istifadə etmədiyi ilə bağlı qərar verib. Qərar dərhal qüvvəyə minib və "Big Mac" ticarət markası "McDonald's"ın əlindən alınıb.
Qeyd edək ki, İrlandiyanın "Supermac" adlanan restoranlar şəbəkəsi 2 il əvvəl ticarət markasının özlərinə məxsus olması ilə bağlı iddia qaldırmışdı.
"McDonald's" isə qərara etiraz edəcəyini və bu qərarın ləğv olunacağına əmin olduğunu deyib.