“McDonald's” ikinci rüb qlobal hesbatını açıqlayıb.
Eləcə də bax: Məşhur saat şirkəti 2400 nəfəri - İŞDƏN ÇIXARIR
FED.az xəbər verir ki, şirkətin satışları 23,9 faiz azalıb.
Edilən açıqlamada bunun ən əsas səbəblərindən biri, epidemiyaya görə restoranların əksəriyyətinin yalnız avtomobil təhvil vermə və ev sifariş modeli ilə işləməsidir.
“McDonald's”ın ikinci rübdəki gəlirləri 30,5% azalaraq 3 milyard 760 milyon dollara çatıb. İkinci rübdə qazanc 68%-ə enərək təxminən 484 milyon dollar olub.
Restoranların 96 faizi xidmət göstərir
İnvestorlarla görüşdə "İkinci rüblük fəaliyyətimiz əməliyyatlarımızı bu yeni vəziyyətə uyğunlaşdırmaq baxımından yaxşı bir təcrübə oldu" deyən CEO Chris Kempczinski ABŞ-da satışların iyul ayında artdığını söyləyib.
Karantin zamanı restoranlar onlayn sifarişlərə və ya avtomobil xidmətlərinə müraciət etmək məcburiyyətində qaldılar. Bərpa prosesi karantin tədbirlərinin yumuşaldılması ilə başlayıb. “McDonald's” dünyadakı filiallarının 96 faizi hal-hazırda ev təhvil vermə və ya avtomobil xidməti kimi fəaliyyət göstərir.
Reklam kampaniyasına start veriləcək
Şirkət mliyyə xərclərini azaltmaq üçün ABŞ-da marketinq xərclərini 70 faiz azaltmışdı. CEO Kempczinski ilin ikinci hissəsində böyük bir reklam kampaniyasına başlayacaqlarını söyləyib.
Şirkət həmçinin bu rübdə epidemiya dövründə təxirə salınmış françayzinq ödənişlərini də toplamağı planlaşdırır. “McDonald's” bu dövrdə böyük böyümə potensialını gördüyü Avropaya investisiya qoymağı da planlaşdırır.
Şirkətin başqa bir planı tədricən “McDonald's” Yaponiyanın səhmlərini 49 faizdən 35 faizə endirməkdir.