Bu ilin ilk 9 ayında Azərbaycandan 6 milyard 699 milyon dollar həcmində 18 milyard 528 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 623,3 milyon dollar və ya 10,3% çoxdur, miqdar ifadəsilə isə 203 milyon kub metr, başqa sözlə 1,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 6 milyard 75 milyon dollar dəyərində 18 milyard 731 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kub metrinin orta ixrac qiyməti 615 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 551 manat idi. Bu da illik müqayisə ilə 64 manat və ya 11,6% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 36,00%-ı təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 30,60% olub.