12 fevral 2024-cü il saat 14.00-da “Maştağa Aqrotexservis” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Maştağa Aqrotexservis” ASC-nin 2023-cü ilin sonuna ilkin hesabatlara baxılması, maliyyə vəziyyətinin təhlili, öhdəliklərin və kapitalların inventarlaşdırılmasının aparılması.
2. “Maştağa Aqrotexservis” ASC-nin əsas vəsaitlərinin, avadanlıqlarının, digər əmlak dəyərlilərinin vəziyyətinin təhlili və inventarlaşdırılmasının aparılması.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu – 012 455-35-55, 050-324-30-07
Ünvan – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 4-dür.