İş adamı İlon Maskın” Twitter” sosial şəbəkəsini almaqla bağlı müqaviləsi dayandırılıb.
Eləcə də bax: İlon Mask "Twitter"i 44 milyard dollara - ALIB
FED.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Dünyanın ən varlı adamının sözlərinə görə, müqavilənin dayandırılmasına “Twitter”dəki hesabların təxminən 5%-inin saxta və ya spam üçün istifadə edilməsinə dair informasiya səbəb olub.
Hazırda məsələ ilə bağlı araşdırmanın cavabları gözlənilir.
Qeyd edək ki, aprelin 25-də Maskın şirkəti 44 milyard dollara satın aldığı bildirilib. (Oxu.az)