“Forbes” jurnalının hər il tərtib etdiyi 400 ən varlı ABŞ vətəndaşı siyahısında İlon Mask növbəti dəfə birinci olub.
İnflüenserlər 3 ayda «Tvitter»dən - 20 MİLYON QAZANDILAR
FED.az xəbər verir ki, “SpaceX” və “Tesla” sahibinin sərvəti 251 milyard dollar qiymətləndirilib ki, bu da keçən ilki göstəriciyə bərabərdir.
İkinci yerdə “Amazon” korporasiyasının yaradıcısı Ceff Bezos (161 milyard dollar), üçüncü yerdə isə “Oracle” şirkətinin yaradıcılarından biri Larri Ellison (158 milyard dollar) qərarlaşıb. Dördüncü və beşinci yerləri “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet (121 milyard dollar) və “Google” korporasiyasının təsisçilərindən biri Larri Peyc (114 milyard dollar) tutub.
Siyahıda altıncı yerə 111 milyard dollarla “Microsoft”un qurucusu Bill Qeyts layiq görülüb.
Ümumilikdə, 400 ən zəngin amerikalının sərvəti keçən illə müqayisədə 500 milyard dollar artıb. (Trend)