Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi “Poz-Qazan” lotereyaları üzrə mart ayında ümumilikdə 9 böyük uduş qazanılıb.
FED.az xəbər verir ki, onlardan “Zümrüd” ani lotereyasında böyük uduş - 100 000 və 10 000, “Tap, Qazan”,eləcə də “Qızıl” lotereyasında isə 25 000 manat qazanılıb.
Mart ayı üzrə “Şans ulduzu” lotereyasında 50 000 və 10 000 manat, “Şans Yağışı”nda 2 dəfə, “Ani 50”də isə 1 dəfə 10 000 manat udulub.
Böyük uduşlu biletlər Bakı, Sumqayıt, Naxçıvan, Füzuli, Xaçmaz, İmişli, Şirvan, Salyan və Zaqatala şəhərlərindən alınaraq şanslı qaliblərinə qovuşub.
“Ekspres Keno” virtual lotereyasında da 2 böyük uduş - 100 000 və 10 000 manat sahiblərini tapıb.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereya oyunlarında 25 000-dən 1 000 000 manatadək böyük uduşlar və cekpot mükafatları şanslı qaliblərin yolunu gözləyir. Lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.