Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektor tərəfindən 1 532 920,4 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.
FED.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumata görə, birinci rübdə özəl sektorun ixrac əməliyyatları 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb.
Həmçinin, hesabat dövründə özəl sektor tərəfindən idxal illik 3% artaraq 1 826 754,11 min dollara yüksəlib. Ölkə üzrə cəmi idxalda özəl sektorun payı isə 2019-cu ildəki 56,6%-dən 69,3%-ə çatıb.
Bununla yanaşı, mart ayında özəl sektorun xaricə ixracı kəskin aşağı düşüb. Belə ki, ilin ilk iki ayında özəl sektorun ixracı üzrə orta aylıq göstərici 719,4 milyon dollar olduğu halda, mart ayında özəl sektorun ixracı cəmi 94,2 milyon dollar təşkil edib.
Nəticədə mart ayında ixrac göstərici əvvəlki aylarla müqayisədə 7,6% azalıb.