«Arion» hoteldə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
FED.az xəbər verir ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğu, İqtisaiyyat Nazirliyinin Sənaye şöbəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri və sənaye sahəsində fəaliyyət göstərən MARSOL partnyoru sahibkarların iştirakı ilə baş tutub.
Görüş müvafiq qurumların nümayəndələrinin iştirakı və Marsol MMC-nin təsisçisi Tural Mustafayevin moderatorluğu ilə davam edib. Tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, ölkədə fəaliyyət göstərən sənaye zonaları və investorlar üçün yaradılan əlverişli biznes mühitindən bəhs edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.