Bir neçə gündən sonra Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışı başlayır.
FED.az xəbər verir ki, bununla bağlı ticarət şəbəkələrində hazırlıq işləri başa çatmaqdadır. İlkin məlumata görə, indiyədək pulsuz təqdim edilən polietilen torbaların satışı fevralın 15-dən başlayır.
Nazir müşaviri: "Polietilen torbaların ödənişli olmasının narazılıq yaradacığını düşünmürəm"
Bununla bağlı FED.az-a məlumat verən Azərbaycan Respublikası Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədr müavini Vüqar Nəfcəfov bildirib ki, hazırda bu məsələilə bağlı təşkilatın əhatə etdiyi ticarət şəbəkələri ilə müzakirələr başa çatmaq üzrədir.
«Bura qiymətin müəyyən edilməsi və əhalini bu yenilik barədə məlumatldandırılması aiddir.
Məqsəd ticarət şəbəkəsinə daxil olan alıcıları polietilen torbaların pullu olması barədə əvvəlcədən məlumatlandırmaqdır. Çünki onlar indiyəcək bunu pulsuz istifadə edirdilər».
V.Nəcəfov bildirib ki, bu məqsədlə marketlərə reklam şitləri qoyulacaq. Onlara təbiətin qorunması prosesində iştirak izah ediləcək: «Məsələn bildiriləcək ki, bu məqsədlə də indiyədək pulsuz olan torpabal pulla satılır».
Qurum rəsmisinin sözlərinə görə, polietilen torbaların pulla satışı dövlət qurumları tərəfindən şibəkələr qarşısına qoyulan ciddi tövsiyədir: «Bunu bizə dövlət struturları da israrla tövsiyə edirər. Həm də bu dünyada da belədir. Məsələn Avropada belə torbalar pulla satılır».
Xatırladaq ki, bir qədər əvvəl Antiinhisar Xidməti bununla bağlı məlumat yayaraq qanunvericiliyi xatırlatmışdı ki, polietilen torbalar pulla təqdim edilməli və ayrıca məhsul kimi kassa çekinə vurulmalıdır. Əks halda bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir.
Artıq əhaliyə pulla satılacaq polietilen torbaların təqribi qiyməti də məlumdur. Vüqar Nəcəfov bildirib ki, qiymət 3-5 qəpik arasında dəyişəcək. Daha böyük torbalar və ya parça materialandan olanlar daha bahalı olacaq və ayrıca satılacaq.
«15 fevral tarixindən etibarən bütün ticarət şəbəkələri bu sistemə keçəcək və torbalar pulla satalacaq. Hazırda bütün şəbəkələr bununla razıdır və bu barədə protokol hazırlanaraq, Antiinhisar Xidmətinə və Ekologiya Nazirliyinə təqdim ediləcək»-deyə bildirilib.