“Bizim Market” şəbəkəsi bazarda qalmaqda israrlıdır. Üstəlik yeni layihələr də gəlir.
Son vaxtlar sosial şəbəkələrdə və mətbuatda “Bizim Market” mağazalar şəbəkəsinin digər şəbəkə ilə birləşməsi barədə şaiyələr yayılmışdır.
Şəbəkənin sahibi "Bizim Market” MMC-dən bildirilib ki, ”Bizim Market” heç bir digər market şəbəkəsinə birləşməyib:
"Biz heç bir market şəbəkəsinə birləşməmişik. Bu şayiələrin haradan qaynaqlandığı və hansı məqsədlərə qulluq etdiyi bizə məlumdur. Mağazalarımız öz ahəngi ilə fəaliyyətini davam etdirir".
YENİ LAYİHƏLƏR PLANLAŞDIRILIR
MMC-dən əlavə olaraq bildirildi ki,yaxın aylarda yeni layihələr ilə müştərilərin sevindirilməsi planlaşdırılır:
"Müştərilərimizi əmin etmək istəyirik ki,mağazalarmızdakı çeşid bolluğu,münasib qiymət siyasəti və ən əsası müştəri məmnunluğu hər zaman diqqətimizdədir".