İlk növbədə, bütün marketinq aləmində tətbiq və istifadə edilən 3 marketinq anlayışı vardır ki, hər bir marketoloq onları bilməlidir. Bu 3 anlayış: istehsalat, məhsul və satış anlayışlarıdır. Bu marketinq konsepsiyaları bütün diqqətin istehsalat üzərində olduğu bütün sənaye erası boyunca çox faydalı olmuş anlayışlardır. Həmin konsepsiyaları sizin diqqətinizə ayrı-ayrılıqda çatdırmaq istərdik.
- İstehsalat konsepsiyası
- Məhsul konsepsiyası
- Satış konsepsiyası
Xidmətlər sahəsi artmağa başlayanda, marketinq konsepsiyaları və marketinq konsepsiyalarının kompleksi də işlənib hazırlanmışdır.
Marketinq konsepsiyası
Bu konsepsiya onu göstərir ki, məhsulun dəyəri olduqda müştəri çox güman o məhsulu ehtiyacı olduğu üçün, tələb və istəyi yarandığı üçün alacaqdır. http://www.marketing91.com/marketing-concept/
Kompleks (vahid) marketinq konsepsiyası
Bu marketinq konsepsiyası göstərir ki, marketinq sadəcə marketinq departamentinin öhdəliyi və məsuliyyəti deyildir, marketinq eyni zamanda müştərilərlə bağlı hər yerdə və müştərilərlə şirkət arasında əlaqənin qurulduğu bütün hallarda yerinə yetirilməlidir. http://www.marketing91.com/holistic-marketing-concept/
Sosial marketinq konsepsiyası
Bu konsepsiyaya görə təşkilat istehlakçıların və ümumiyyətlə, cəmiyyətin rifah səviyyəsini qaldırmaq və təmin etmək üçün öz hədəf bazarının ehtiyaclarını, istəklərini və maraqlarını qabaqcadan müəyyənləşdirməli, onlara rəqibləri ilə müqayisədə daha səmərəli şəkilddə cavab verməlidir. http://www.marketing91.com/societal-marketing-concept/
Yuxarıda adıçəkilən ənənəvi marketinq anlayışlarından başqa, həmçinin uzun illər ərzində işlənib hazırlanmış və marketinqin idarəedilmə əsasları üçün çox vacib olan digər anlayışlar da vardır. Bu anlayışlar olmadan marketinq strategiyası işlənib hazılana bilməz və bu səbəbdən marketinq maksimal effektiv şəkildə işləyə bilməz.
Uzun illər işlənib hazırlanmış digər marketinq konsepsiyaları aşağıdakılardır:
Marketinq kompleksi – məhsullar marketinqinin birləşməsi və ya marketinqin 4P anlayışı
Xidmətlər marketinqinin kompleksi – xidmət marketinqi və ya xidmət marketinqinin 7P anlayışı
Alternativ marketinq kompleksi – marketinq idarəetməsinin 4C anlayışı
Daxili marketinq – daxili müştərilər üçün daxili marketinq razılaşmaları
Münasibətlər marketinqi – daha yaxşı biznes üçün müştərilərlə daha yaxşı əlaqələrin qurulması
İnteqrasiya olunmuş marketinq – müştəri tələblərinə cavab verməkdən ötrü dinamikanın dəyişdirilməsi
Beləliklə, ümumən marketinqin idarəedilməsi əsaslarını formalaşdıran bir neçə marketinq konsepsiyası mövcuddur. Bu konsepsiyalardan hər biri marketinq menecerinə öz işini daha yaxşı icra etməyə və işlədiyi şirkət üçün daha yaxşı gələcək qurmağa kömək edir.
Mənbə: www.marketing91.com/