Biznes

Market şəbəkəsindən böyük endirim – MALLARI ALDIĞI QİYMƏTƏ SATACAQ

Market şəbəkəsindən böyük endirim – MALLARI ALDIĞI QİYMƏTƏ SATACAQ | FED.az
14:08 24 Mart 2020

Azərbaycanın ən böyük supermarket şəbəkəsi olan «Araz» marketlər şəbəkəsi əhalinin əsas tələbat məhsullarına tələbatını təmin etmək və dəstək məqsədidə bəzi məhsulları endirimlə satacaq. 
Şəbəkədən FED.az-a verilən məlumata görə, «Araz» marketlərində 150 adda mal təchizatçılardan alındığı qiymətə, yəni üzərinə heç bir marja qoyulmadan satılacaq. 
Bunlar dezinfeksiyaedici məhsullar, meyvə-tərəvəz, portağal, narıngi, ananas, greyfrut, limon kimi sitrus meyvələri, sarımsaq, zəncəfil daxil olmaqla bir sıra tərəvəz məhsulları, müxtəlif növ bitki çayları, çərəzlər, meyvə quruları və sair aiddir. 
Qiyməti endirilmiş məhsulların sırasında gigiyenik vasitələr də var. Belə ki, Araz marketlərdə satılan antibakterial sabunların bütün çeşidləri aprel ayının 1- nə qədər endirimdə olacaq. Endirimlər «Spar» və «Favorit» marketlərdə də keçərlidir.

Digər xəbərlər