“Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır”.
FED.az xəbər verir ki, bunu “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı jurnalistlərə açıqlama verən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
“Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz dükanını və mallarını sığortalatdırmalıdır. Mən kompensasiyaya qərar vermirəm. İndi işimiz yanğını söndürməkdir",- nazir deyib.
Qeyd edək ki, dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.
Hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.
Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Eləcə də bax: Ticarət obyekti hansı məbləğdə və necə sığortalanmalıdır? - EKSPERT RƏYİ
@marja