“İD Agropark” MMC şirkəti cərimələnib.
FED.Az xəbər verir ki, şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etməməsi MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olub.
“İD Agropark” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsinə əsasən protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin müvafiq qərarı ilə MMC 1500 manat cərimə edilib.
Qeyd edək ki, “İD-Agropark” MMC 2024-cü ili uğursuz başa vurmuşdu. Konsolidə edilmiş maliyyə hesabatında əsas fəaliyyət gəlirləri 14% artaraq 1,5 milyon manata çatsa da, yüksək maya dəyəri və inzibati xərclər səbəbindən ili 2,3 milyon manat xalis zərər ilə başa vurub. 2023-cü ildə isə MMC-nin zərəri 3,6 milyon manat olub.
Yığılmış zərər 2023-cü illə müqayisədə 13% artaraq 20,1 milyon manata çatıb. Şirkətin xalis kapitalı mənfi 20,09 milyon manat təşkil edib. Şirkətin cəmi aktivləri bir il ərzində 13,1 milyon manatdan 14,04 milyon manata qədər (təxminən 7%) artıb. Bunun da əsas hissəsini 9,6 milyon manatlıq uzunmüddətli aktivlər və 4,5 milyon manatlıq cari aktivlər (pul vəsaitləri, mal-material ehtiyatları və debitor borcları) formalaşdırır. 2023-cü ildə 30,9 milyon manat olan cəmi öhdəliklər 2024-cü ildə 34,1 milyon manata yüksəlib ki, bu da 10,3%-lik artım deməkdir.






![Maliyyə hesabatını gizlədən “İD Agropark” MMC - [red]CƏRİMƏLƏNDİ[/red] | FED.az](upload/news/small/854755.png)
![Maliyyə hesabatını gizlədən “İD Agropark” MMC - [red]CƏRİMƏLƏNDİ[/red] | FED.az](upload/news/small/3635847.jpg)








