İqtisadiyyat Nazirliyi ticarət obyektlərində pandemiya qaydalarına əməl olunmasına nəzarəti davam etdirir.
Nazirlikdən FED.az-a bildirilib ki, yanvarın 22-də keçirilmiş monitorinqlər zamanı
Xətai rayonunda Aygün Əskərovaya məxsus şirniyyat mağazasında,
Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus ərzaq mağazasında, Elvin Xasməmmədova məxsus pərakəndə ticarət obyektində,
Nərimanov rayonunda “Çarşı dönər”də, Kamran Ağayevə, Ceyhun Hüseynova məxsus mağazalarda,
Qaradağ rayonunda “Araz supermarket”də, Aydın Məmmədova, Mirşahin Babayevə, Şahbəddin Vəliyevə məxsus pərakəndə ticarət obyektlərində,
Nizami rayonunda Validə Məmmədovaya məxsus mağazada,
Yasamal rayonunda Qalina Mirzəliyevaya məxsus pərakəndə ticarət obyektində,
Xəzər rayonunda "Food center market”də, “Al market”də, “Araz market”də, Rüstəm Nəsirova məxsus “1001 xırdavat mağazası”nda, Denis Aslanova məxsus ticarət obyektində,
ümumilikdə, 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb