Vergilər Nazirliyinin apardığı islahatların bir istiqaməti olan pərakəndə ticarətdə indiyədək dövriyyələr bir neçə dəfə gizlədilirmiş. FED.az xəbər verir ki, bu barədə Vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən «Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi» konfransında bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin əvvəlində ölkədəki pərakəndə satış dövriyysi ilə bağlı Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsinin göstəriciləri arasında 7 dəfə fərq vardı. Düşünürəm ki, pərakəndə ticarətdəki belə böyük fərq həm kölgə iqtisadiyyatının miqyaslırının, həm də bu sahədəki potensialın göstəricisi idi.