Azərbaycanda mebel istehsalı və satışı ilə məşğul olan “Madeyra” şirkəti müştərilərinə təklif etdiyi məhsulların satış qiymətini artırıb.
FED.az apardığı araşdırmaya görə, şirkətin təklif etdiyi bütün məhsulların qiymətində 6%-dək bahalaşma olub.
Misal olaraq, “Espero” dəhliz mebelinin satış qiyməti cari ilin fevral ayında 499 manat olduğu halda mart ayının əvvəlindən bu rəqəm 525 manat olub.
Qeyd edək ki, FED.az biznes maliyyə portalı məhsulların bahalaşması, eləcə də çeşid sayının hansı səbəbdən azalması ilə bağlı Madeyra şirkətinə rəsmi sorğu ünvanlayıb.