“Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır”.
Eləcə də bax: Macarıstanın “Exim Bank”ı Qarabağın bərpasına - Vəsait Ayırmaq İstəyir
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan və Macarıstan Hökumətlərarası Komissiyanın iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
“Azərbaycan və Macarıstan arasında iqtisadi münasibətlər kifayət qədər dinamik şəkildə inkişaf edir. Macarıstan Azərbaycana birbaşa investisiya yatıran ən fəal ölkələrdəndir. Bu birbaşa investisiyaların həcmi 340 milyon dolları ötüb. Azərbaycanın Macarıstana birbaşa investiyaların həcmi 16 milyon dolları ötüb. Ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün böyük potensial var”, - deyə S. Babayev bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan həmişə 44 günlük Vətən müharibəsi zamanı Macarıstanın sərgilədiyi obyektiv və dost münasibətini xüsusilə qeyd edir: “Biz Macarıstan şirkətlərini işğaldan azad olunan ərazilərdə quruculuq işlərində fəal şəkildə iştirak etməyə dəvət edirik. İşğaldan azad olunan ərazilərdə minatəmizləmə işləri həyata keçirilir, hava limanları, avtomobil yolları, “ağıllı şəhər”lər, kəndlər salınır. Qeyd etmək istəyirəm ki, bu il məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi başlayacaq. Macar şirkətləri də yenidənqurma işlərində iştirak edə bilərlər”.
Sahil Babayevin sözlərinə görə, Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsi, eyni zamanda Cənubi Qafqazla Cənubi Avropa regionu arasında əməkdaşlığın da dərinləşməsinə öz töhfəsini verəcək.