Davamlı işi olan bir şəxs üçün sıfırdan biznes qurmaq, davamlı işi olmayan birinə görə daha çətindir. Çünki maaşlı bir işdə işlədiyinizdə, eyni anda birdən çox işi etməyiniz lazımdır. Bu da sizə zaman sıxıntısı yaşadır. Bütün bu çətinliklərin yanında, iş qurmaq üçün özgüvənə və yetərli təşəbbüskarlıq potensialına sahib olmalısınız. Maaşlı bir işdə çalışarkən kiçik bir təşəbbüs başlatmağın ən cəzbedici tərəfi isə özünüzə olan güvənin artmasıdır.
- Hansı işi görəcəyinizi müəyyən edin.
İlk olaraq, hansı sektorda iş görəcəyinizi müəyyən etməlisiniz. Hər təşəbbüskarlıq fikri biri birindən fərqlidir Əgər görüləcək iş müəyyən avadanlıq almağı tələb edirsə o zaman bu avadanlıqları necə almaq və ya kirayələmək mövzusunda addım atmağınız məsləhətlidir.
- Lazımlı avadanlığa sahib olub olmadığınıza nəzər yetirin.
Hər bir təşəbbüskar namizədi, hər hansı bir iş qurmaq üçün o iş haqqında yetərli biliyə ya da təcrübəyə sahib olmalıdır. Müəsssisələr ilə bağlı nə qədər geniş bir məlumata sahib olsanız belə mütləq əksik məlumatlar olacaq. İşin içinə girdikdə öz əksiklərinizi daha gözəl fərqinə varacaqsınız. Ancaq işə başlamadan öncə vacib avadanlıqlara sahib olmaq məcburiyyətindəsiniz. Əgər avadanlığınız yoxdursa fərqli insanlarla ünsiyyət qurun, internet ilə maraqlı olduğunuz hər mövzunu araşdırın.
- Gərəkli avadanlıq və yetərli komanda olmazsa iş alınmaz.
Şirkət qurmaq və iş yeri açmaq üçün yetərli avadanlıq və yetərli komanda olmazsa işiniz alınmaz. Geniş bir çevrəyə sahib olmaq və biriləri tərəfindən danışılmaq, o iş yerinin gələcəyi üçün olduqca önəmlidir. Bütün addımların məntiqli atılması gərəklidir. Komandanız nə qədər güclü olarsa, komanda üzvlərinin bilik və bacarıqları yüksək səviyyədə olarsa biznesinizin gələcəyi bir o qədər parlaq olar. Bu səbəblə həm maddi həm mənəvi hər mövzu üzrə ən incəliklərinə qədər araşdırmalı, yetərli öz güvənə sahib olmalısınız.
- Davamlı çalışdığınız işlə öz işinizi qarışdırmayın.
Tam ştatlı işlədiyiniz iş mühitindən daha yaxşı iş mühiti yaratmaq qulağınıza çox gözəl gələ bilər. Ancaq iş müqavilələrin demək olar ki, əksəriyyətində işçilərin təşəbbüskar olmaları qadağandır. Bu səbəbdən işinizdə işləyərkən öz işinizlə qarışdırmayın, o barədə bir şey etməyin. Çünki işinizi tam qurmamısınızsa işinizdən qovulmaq sizə pis təsir edə bilər.
- İlk əvvəl qurduğunuz işdə müəyyən bir səviyyəyə çatın.
Həqiqətləri demək gərəkdirsə istefa etmədən öncə qurduğunuz işin ən azından müəyyən bir səviyyəyə çatmağı gərəklidir. Üstəlik öz şəxsi ehtiyaclarınızı qarşılayacaq qədər qazanc əldə etməsi gərəklidir. Bu səviyəyə gəlmək üçün də güvənə biləcəyiniz bir pul ehtiyatına sahib olmalısınız. Bu səbəbdən çox tələsməyin. Hər birinizə uğurlar!