Azərbaycan şirkəti dünya miqyasında layihələr icra etməyə başlayıb. Logix Özbəkistanda başladığı layihələri uğurla davam etdirir. Hazırda Orta Asiyanın ən böyük çini qab istehsalı zavodu olan “Toshkent Chinni Zavodi”-da və “Nafis Tex Group” Tekstil fabrikində Logix ERP tətbiq olunur. Müəssisədə yenidən qurulan idarəetmə sistemi proqram təminatı vasitəsilə aparılır, sənədləşmə tam elektron formata keçirilir. İstifadəsi çox rahat olan, müasir tələblərə cavab verən biznes proseslərformalaşdırılır. Logix müasir cihazlar ilə inteqrasiya olunur, istənilən zaman və istənilən yerdə proqram təminatına qoşularaq müəssisənin hazırkı vəziyyəti haqqında məlumat əldə etmək, təhlükəsiz olaraq hesabatlara baxmaq mümkündür. Eyni zamanda Logix ERP müəssisənin dəyişən ehtiyaclarına da uyğunlaşır.
Eləcə də bax: İş adamları üçün distant - HÜQUQ TƏLİMİ BAŞLAYIB
FED.az "AzFood"a istinadən xəbər verir ki, Özbəkistanlı iş adamları tərəfindən Logix proqram təminatı böyük maraqla qarşılanır, hazırda Özbəkistandakı yeni potensial müştərilər ilə görüşlər keçirilir. Bir neçə şirkətdə Logix “eCommerce” tətbiqinə başlanılıb.
Xatırladaq ki, Logix proqram təminatı 2006-cı ildə fəaliyyətə başlamışdır və hazırda Logix Azərbaycanda 900-ə yaxın müəssisədə minlərlə istifadəçiyə xidmət göstərir. Qeyd edək ki, ölkəmizdən kənarda Özbəkistanla yanaşı dünyanın inkişaf etmiş ölkələrində Logix proqram təminatı istifadə edilir. Belə ki, Amerika, İngiltərə, Rusiya, İtaliya eləcə də Gürcüstanda Logix tətbiq olunan müəssisələr mövcuddur.
İnanırıq ki, görülən işlər Azərbaycan brendinin təşviqi, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsinə səbəb olacaqdır.
Logix olaraq ən böyük hədəfimiz “Made in Azerbaijan” brendi altında bütün dünyaya Azərbaycan zəkasını tanıtmaqdır.