Litvanın Viciunai Group ərzaq şirkəti Azərbaycanda törəmə şirkəti - «Viciunai Azerbaijan» MMC-ni qeydiyyatdan keçirib.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
«Viciunai Azerbaijan» MMC 2019-cu il dekabrın 29-da qeydiyyatdan keçib. MMC-nin nizamnamə kapitalı 100 min avrodur. Şirkətin rəsmi nümayəndəsi Dəyanət İbrahimovdur”, - nazirlikdən qeyd ediblər.
Viciunai Group 1991-ci ildə yaradılıb. Qrupa dünyanın 17 ölkəsindən 80 müəssisə daxildir. Məhsullar Qrupun 18 fabrikində istehsal olunur.
İnterfaks