FED.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən linqafon kabineti dəstlərinin satınalınması üçün keçirilən açıq tender iddiaçılarının nəzərinə!
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2 maddəsinə uyğun olaraq tender təkliflərinin təqdimatı və tender zərflərinin açılışı tarixlərinə dəyişikliklər edilmişdir.
İddiaçılar tender təklifini və bank təminatını möhürlənmiş ikiqat zərfdə 2 noyabr 2018-ci il saat 17.00-а qədər Bakı şəhəri, Y.Bakuvi küçəsi 18, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə (əlaqələndirici şəxs- Samir Məmmədova, tel: (+99412) 465 73 48 (daxili 141) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 5 noyabr 2018-ci il saat 14.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Linqafon kabineti alınır – TENDER
15:42
26 Okt 2018