“Libraff” kitab mağazası şəbəkəsinə yeni direktor təyin edilib. FED.az xəbər verir ki, bundan sonra adı qeyd edilən mağazalar şəbəkəsinə Cəlalə Nəzəroğlu rəhbərlik edəcək.
O bu barədə sosial şəbəkədə paylaşım edərək rəhbərliyə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, Cəlalə Nəzəroğlu “Diksiya Akademiya”sının direktoru və aparıcı mütəxəssidir.
O bu vaxta kimi bir çox radio və televiziya kanallarında çalışıb.
Qeyd edək ki, hazırda Bakıda 8 "LIBRAFF" mağazası, 1- isə Gəncə şəhərində fəaliyyət göstərir.