Koreya Respublikasının “LG” və “Samsung” şirkətləri İran firmaları ilə əməkdaşlıq əlaqələrini kəsib.
Eləcə də bax: “Google” İran telekanalının - HESABLARINI BAĞLAYIB
FED.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Müsəvi “Twitter” hesabında yazıb. O vurgulayıb ki, İran pis günündə onun yanında olanları heç vaxt unutmayacaq. ABŞ-ın təzyiqlərindən qorxaraq İran bazarını tərk edən “LG” və “Samsung” şirkətlərinin bu bazara yenidən qayıdışı çox çətin olacaq.
Hazırda Tehran və digər şəhərlərdə fəaliyyət göstərən mağaza və ticarət mərkəzlərində “Samsung”la “LG” şirkətlərinin reklam lövhələri yığışdırılır. Televiziya və radioda bu şirkətlərin reklamına qadağa qoyulub.
Azərtac