2025-ci il avqust ayının 4-də saat 14:00-da ləğv prosesində olan “Bakı Mexanizasiya Tikinti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev məhəllə 2950-52 ünvanıdır.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq Cəmiyyətə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, ev 2950-52-ci məhəllə 8N ünvanında yerləşən sahəsi 1333.7 kv.m olan əmlakın səhmdarlar arasında bölünməsi.
2.Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda iştirak etmək üçün gələn şəxslərin qeydiyyatı 12:00-dan 14:00-a kimi aparılacaq.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ləğv prosesində olan “Bakı Mexanizasiya Tikinti” ASC-nin Təsviyəçisi Rzayev Mürsəl Qəni oğlu