24 iyun 2025-ci il saat 14.00-da “İmişli Mehmanxana” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
2. Cəmiyyətin qalıq əmlakının və pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
4. Sair məsələlər. Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 17.00-dək 050-255-40-80 nömrəli telefonla əlaqə saxlayaraq tanış ola bilərlər.
Yığıncaqda səhmdarların iştirakı vacibdir.
Ünvan – Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 22.