İspaniyanın məşhur “İnditex” şirkətinə məxsus “Zara” mağazaları Türkiyə bazarından çıxmağa qərar verib.
FED.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ən əhəmiyyətli tekstil istehsalçılarından biri məlumat verib. Bildirib ki, bundan sonra “Zara” ancaq online satışlara üstünlük verəcək.
Media bu brendin məhsullarının keyfiyyətsiz olduğunu da qeyd edib:
"Zara”nın məhsullarını bir mövsum belə geymək olmur. Keyfiyyəti çox yaxşı olmasa da, brend moda dünyasında əhəmiyyətli bir oyunçudur. “Zara” tez-tez dəyişən moda meylləri, əlçatan moda ilə birgə, bir tekstil, daha doğrusu bir "logistika" şirkətidir”.
Qeyd edək ki, brendin Türkiyənin də daxil olduğu dünya ölkələrində ümumilikdə 6 mindən artıq mağazası var. Buna baxmayaraq dünya nəhəngi Türkiyədən çıxmağa qərar verib. Buna səbəb kimi bu ölkədə icarə haqlarının yüksək olması və xərclərin çoxalması göstərilib. Ona görə də “Zara” Türkiyədə yalnız online satışlar həyata keçirəcək.
“Zara” Türkiyədən gedir
09:55
18 Yan 2018