Bu gün “Türk Hava Yolları” aviaşirkətinin ümumi iclası keçirilib.
Türkiyə mətbuatının yazdığına görə, iclasda aviaşirkətin ötənilki mənfəətindən 3 mlrd. türk lirəsi (təqribən 843 mln. ABŞ dolları) məbləğində dividendin səhmdarlara ödənilməsi barədə qərar qəbul edilib.
Ödənişlər 3 mərhələdə - iyunun 15-də, sentyabrın 15-də və dekabrın 15-də həyata keçiriləcək. Bununla bağlı xəbər yayıldıqdan sonra İstanbul birjasında (“Borsa İstanbul”) aviaşirkətin səhmləri 0,59 lirə və yaxud 0,52% bahalaşaraq 12,02 lirəyə çatıb.
Xatırladaq ki, “Türk Hava Yolları”nın səhmlərinin 51%-i “Turkcell Holding”ə məxsusdur.