“PAŞA Holding”in təşkilati strukturunda dəyişiklik edilib. Fed.az ın məlumatına görə, rəhbərliyin müvafiq qərarı ilə Şahin Məmmədov “PAŞA Holding”in Biznesə Dəstək üzrə Direktor və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsinə təyin olunacaq.
Ş.Mammadov yeni vəzifəsinin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaq. Ş.Məmmədov “PAŞA Holding”də mövcud 5 Departamentə - Qrup üzrə Audit, Qrup üzrə Maliyyə və İT, Qrup üzrə İR və İnzibati Idarəetmə, Qrup üzrə Risklərin İdarəedilməsi və Qrup üzrə Strateji İdarəetmə departamentlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, Ş.Məmmədov uzun müddətdir ki, PAŞA Qrup şirkətlərində işləyir. O, 2009-cu ildə Qrupa qoşularaq, öncə “PAŞA Bank”da çalışmış, 2011-ci ildə isə həmin bankın İdarə Heyətinə üzv təyin olunub. Ş.Məmmədov 2013-cü ildə “PAŞA Bank” Gürcüstanın Direktorlar Şurasına təyinat almış və 2014-cü ilin iyul ayında həmin bankın Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.
“PAŞA Holding”in təşkilatı strukturunda yeni təyinat
11:06
25 Okt 2017