Son dövrlər haqqında danışılan və dəyərini hər keçən gün artıran kriptovalyuta Bitkoin haqqında daha bir iddia irəli sürülüb.
FED.az xəbər verir ki, “Fast Food” nəhəngi “McDonald’s’” 2018-ci ildə klassik ödəniş metodlarını dünya səviyyəsində dəyişdirməyi və ödəmə vasitəsi olaraq Bitkoindən istifadə edəcəyi iddia olunur.
İddianı ortaya atan isə ən böyük mərc şirkətlərindən biri olan “Betway”dır. Əgər şaiyələr doğrudursa, bu yenilik ayaqüstü yemək yeməyə üstünlük verənləri daha çox sevindirəcək.
Başqa bir iddiaya görə isə, kriptovalyutadan istifadə edən yeganə şirkət “McDonald’s” olmayacaq.
2018-ci ilin sonlarına doğru ən güclü pərakəndəçi firması olan “Argos” 4/5 nisbətində Bitkoini ödəniş vasitəsi olaraq qəbul edəcəyi ehtimal olunur.
Bu təxminlər ən böyük nəqliyyat şirkətlərindən biri olan “British Airways” üçün 1/3, “Amazon” üçün isə 6/4 nisbətindədir.
“Betway”in belə bir iddia irəli sürməsinin səbəblərindən biri odur ki, şirkət inanır ki, bitkoinin gətirdiyi günlük qazanc 2018-ci ildə 28 min dollar səviyyəsini aşacaq.
Təxminlərdə “Big Mac”, ya da uşaq menyusu “Happy Meal”ın nə qədər Bitkoin edəcəyi məlum deyil.
Amma məhsulların qiymətlərinin Bitkoin üzərindən müəyyən ediləcəyi günlərin uzaqda olmadığını demək yerinə düşər.
Facemark.az