Bir müddət öncə “Azərsun Holding” MMC tərəfindən satın alınan “Makromart” marketlər şəbəkəsinə aid mağazaların hansı brend adı altında fəaliyyətini davam etdirəcəyi məlum olub.
"Makromart”a aid mağazaların hamısı “Bazarstore” brendi ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Makromart” supermarketlər şəbəkəsi Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan “Azərsun Holding” MMC-yə aid “Bazarstore” isə 2011-ci ildən fəaliyyətdədir.
©Foodinfo.az