Artıq "Grand Hayat" yaşayış kompleksindən mənzilləri Azərbaycan İpoteka Fondunun maliyyələşdirilməsi ilə verilən ipoteka krediti, həmçinin güzəştli ipoteka krediti ilə əldə etmək mümkündür.
Belə ki, ilkin ödəniş 20% edərək, 25 il müddətinə illik 8% olan adi ipotekadan, ilkin ödəniş 20% edərək 30 il müddətinə isə illik faiz dərəcəsi 4% olan güzəştli ipotekadan yararlanmaqla istədiyiniz mənzillərə sahib ola bilərsiniz. Müştərilərin seçdiyi mənzilin rəsmiləşdirilməsi 5 iş günü ərzində həyata keçirilir.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etməsi mümkündür:
- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.
Həmçinin mənzilləri nağd və 2 illik müddətə faizsiz hissəvi satış şərtləri ilə əldə edə bilərsiniz. Nağd mənzil alan müştərilərə isə qaraj sahəsi hədiyyə edilir.
Müasirliyinə, memari layihəsinə, mühəndislik hesablamalarının aparılmasına, innovativ texnologiyalardan istifadəyə, tikintidə işlədilən materialların keyfiyyətinə, mənzillərdə otaqların planlamasına və layihənin landşaft dizaynına gorə “Grand Hayat” yaşayış kompleksinin möhtəşəmliyi xüsusi ilə fərqlənir.
Qeyd edək ki, “Grand Hayat” layihəsi “7S” keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S - binalara tam xidmət, 2S - təmirli mənzillər, 3S - həyətyanı istirahət parkı, 4S - hipermarket, 5S - idman və sağlamlıq mərkəzi, 6S - uşaq bağçası və məktəbəqədər təhsil, 7S - əyləncə mərkəzi.
“Grand Hayat” yaşayış kompleksi Bakının infrastruktur baxımdan ən əlverişli ərazilərindən biri hesab edilən Tblisi pr., 1054 ünvanında inşa edilir. Burada müştərilərə 1, 2, 3 və 4 otaqlı komfortlu mənzillər təklif olunur.
Ətraflı məlumat üçün şirkətin Satış mərkəzinə (Nobel pr., 15, "Megafun" AVM, 1-ci mərtəbə), bilavasitə “Grand Hayat” kompleksində təşkil olunmuş təqdimat ofisinə (Tbilisi pr., 1054) təşrif buyura, eləcə də 922 Məlumat mərkəzinə zəng edə bilərsiniz.