Azərbaycanda “Fujitsu” şirkətinin nümayəndəliyi qeydiyyatdan keçib.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzeti yazıb.
Nizamnamə kapitalı 2000 manat təşkil edən “Fujitsu Azerbaijan”ın rəsmi nümayəndəsi Türkiyə vətəndaşı Səlahəttin Üstündür.
Qeyd edək ki, “Fujitsu” şirkəti müxtəlif IT məhsulları və xidmətlər təklif edir.