Fevralın 10-da “JW Marriott Absheron Baku” otelində biznes sahəsində 2017-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi baş tutacaq.
FED.az xəbər verir ki, "Azeri Business Award” 2017 təqdimat mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçiləri, xarici qonaqları və KİV nümayəndələrini öz ətrafında toplayacaq.
Dəvət olunan qonaqların arasında bir sıra ölkələri təmsil edən diplomatik nümayəndələr də iştirak edəcək.
“Azeri Business Award 2017” mükafatının sponsoru “Ambassadori Casino”dur (Gürcüstan Tbilisi).
Mükafatın təqdimetmə mərasimindən əvvəl “JW Marriott Absheron Baku” otelinin foyesində “Azeri Business Award” mükafatına laureat olan şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi-təqdimat mərasimi keçiriləcək. Onu da qeyd edək ki, tədbir çərçivəsində qadın geyim dizayneri Diana Ahadpourun moda nümayişi də təşkil ediləcək.
“Azeri Business Award” 2017 mükafatının laureatları:
Qətərin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yusif bin Həsən əl-Sai - Ticari-iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəsinə görə;
Diana Ahadpour - İlin geyim brendi;
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti - Elektron xidmətlərinin genişləndirilməsi və inkişafında fəal iştirakına görə;
Gilan Holding - İlin holdinqi;
HTech Invest - Azərbaycanda İT sənayenin inkişafındakı töhfəsinə görə;
Anar Əlizadə - İşgüzar nüfuz;
FAB Boya və Kimya Sənayesi - Tikinti materialları istehsalı bazarının lideri;
Interyer Servis - İlin şirkəti. Memarlıq və tikinti;
QAFQAZ Hotels & Resorts - İlin otellər şəbəkəsi;
Nabucco A&C - Tam komplektləşdirilmiş polad binaların istehsalı, çatdırılması və quraşdırılması;
M Studio - Yüksək keyfiyyət standartları. İnteryer və dizayn;
Debet Uniform - Sahənin Lideri. Fərdi mühafizə vasitələrinin, işçi və korporativ geyimlərin istehsalı və satışı;
GeoEngeneering - Geologiya və geofizika sahəsindəki yüksək nailiyyətlərə görə;
Oxçuoğlu İnşaat - Memarlıq və dizayn;
İydə - İlin ətriyyat brendi;
Kepro Esthetic Clinic - Estetik təbabətin inkişafındakı töhfəsinə görə;
Yağmur-2 - Avtomatik suvarma sahəsində mütərəqqi texnologiyaların tətbiqinə və səmərəli servis dəstəyinə görə;
A-Sera - İstixanaların qurulması və istixana avadanlıqlarının təchizatı sahəsinin lideri;
Hikmetoglu Transport - İlin şirkəti. Beynəlxalq yükdaşıma və logistika;
Şəbəkə Travel - Turizm sənayesinin inkişafındakı töhfəsinə görə;
BADAM Patisserie - Müştəri məmnunluğu;
KATV1 - İlin şirkəti. Kabel televiziyası;
Lusso Vita İlin interyer salonu;
Excelsior Hotel & SPA Baku İlin otel və SPA kompleksi;
ARB TV İlin televiziya yayım şirkəti;
Təsisçi və mükafat barədə:
“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.
“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.
“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.
Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.