Oqtay Məmmədov “AzerGold” QSC-nin sədr müavini təyin edilib.
FED.az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat verilib.
Məlumata görə, O.Məmmədov daha əvvəl “Təmiz Şəhər” ASC-də müşavir vəzifəsində çalışıb.
Qeyd edək ki, “AzerGold”un sədri əvvəl “Təmiz Şəhər”ə rəhbərlik etmiş Zakir İbrahimovdur.