"Sektorda vəziyyət o qədər də ürəkaçan deyil"
FED.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, bunu LC Waikiki-nin İdarə Heyətinin sədri Vahap Küçük bildirirb.
“Çətin bir dövrdən keçirik, amma əsas məsələ təsir dairəmizdə daha yaxşı nə edə biləcəyimizə fokuslanmaqdır. İnflyasiyanı və faizi azaltmaq bizim əlimizdə deyil, amma işimizi necə daha yaxşı idarə edə bilərik, xərcləri necə daha səmərəli şəkildə nəzarətdə saxlaya bilərik — buna fokuslanmalıyıq”, - deyib
Vahap Küçük qeyd edib ki, LC Waikiki hazırda 59 ölkədə 1300 mağazaya sahibdir və şirkət 55 min nəfərə məşğulluq imkanı yaratdıb.
Onun sözlərinə görə, Türkiyədə pərakəndə ticarət sektoru alış-veriş mərkəzlərinin (AVM) hesabına böyüyüb:
“AVM-lərlə qazandığımız təcrübə sayəsində xaricdə də böyüdük. Əgər AVM-lər olmasaydı, küçələrdə bu qədər inkişaf etməyimiz mümkün olmazdı. Xaricdə bu qədər böyüyə bilmişiksə, bu, Türkiyədə qazandığımız təcrübənin nəticəsidir. Pərakəndə sektoru ilə AVM-lər bir-birindən ayrılmaz — ət və dırnaq kimidir.” (Marja)