Türkiyənin LC Waikiki şirkətinin İdarə Heyətinin Sədri Vahap Küçük gələn il hədəflərini açıqlayıb.
FED.az xəbər verir ki, bu gün 469-u Türkiyədə, 364-ü xaricdə cəmi 833 mağaza ilə 38 ölkədə fəaliyət göstərdiklərini deyən Küçük, gələn il daha 12 yeni ölkəyə daxil olmağı, bütövlükdə 50 ölkəyə çatmağı, həmçinin Türkiyədə 30 və xaricdə 120 yeni mağaza açmağı qarşıya məqsəd qoyduqlarını söyləyib.
Vahap Küçük, "2017-ci ildə xaricdə 96, Türkiyədə 41 olmaq üzrə cəmi 137 yeni mağaza açmışıq və 833 mağazaya gəlib çatdıq. Hər yeni mağaza açılışında istifadə edilən hər şeyi ixrac edirik. 2018-ci ildə ümumi LC Waikiki ixracını 825 milyon dollar reallaşdırmağı nəzərdə tuturuq" deyib.
Bu il ölkə daxilində 19 və xaricdə 60 faiz böyüdükləri məlumatını verən Küçük, ili 12.2 milyard TL dövriyyə ilə başa vurmağı nəzərdə tutduqlarını qeyd edib. Küçük, 2018-ci il üçün dövriyyə hədəflərinin 16.2 milyard TL olduğunu bildirib.
Küçük, "2016-ci ildə 35 min nəfər olan işçilərin sayı hazırda təxminən 42 minə çatıb. Gələn il daha 8 min nəfərə məşğulluq təmin edəcəyik" deyə bildirib.
Qeyd edək ki, Azərbaycanda da LC Waikiki mağazaları fəaliyyət göstərir.