Bu gün Bakıda Latviyanın süd məhsulları istehsalçıları təqdimatla çıxış edib.
FED.az xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Danis Qarançisin iştirakı ilə başa tutub.
Eləcə də bax: Körpələr 90%-ə yaxın süni süd ilə qidalanır -"CİDDİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR"
Səfir bildirib ki, ölkəsindən Bakıya 6 şirkətin təmsilçisi gəlib və məqsəd Azərbaycanın süd məhsulları bazarının imkanlarını araşdırmaq, bu bazara çıxmaqdır.
“Tədbir çərçivəsində seminarın da keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, Latviya məhsullarını azərbaycanlı istehlakçılar bəyənəcək”, - deyə o, qeyd edib.
"Report"