Biznesin ayaqda qalıb inkişaf etməsinin əsas şərtlər düzgün menecment və davamlı maliyyə mənbələridir. Müasir aləmdə bu şərtlərə nail olmağın yollarından biri ən yaxşı yolu biznesə əlavə payçılar, şəriklər cəlb etməkdir. Səhmdar xarici investor olduqda isə bu əlavə üstünlüklərdir. Martın 6-da Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə «Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar» mövzusunda tədbir keçirilib. Burada digər mövzularla yanaşı, iş adamlarının qiymətli kağızlar bazarına çıxması, o cümlədən səhm və istiqraz buraxması da müzakirə edilib, təqdimatlar keçirilib.
Bəs, Azərbaycan sahibkarları uzun illərdən bəri əziyyətlə yaradıb inkişaf etdirdikləri biznesi başqaları, illah da xaricilərlə bölüşməyə hazırdırlarmı? Bununla bağlı FED.az-ın suallarına ölkənin ən böyük şərab istehsalçılarından biri olan «Tovuz-Baltiya» MMC-nin baş direktoru Naiq Məmmədhəsənov cavab verir.
Eləcə də bax: Məşhur iş adamı: «Deyəndə ki, o bankın müştərisiyəm, mənə gülürlər»
- Naiq müəllim, «Tovuz Baltiya» şirkətini artıq 20- ilə yaxındır ki, qurmusunuz. Hansısa xarici investor buradan pay istəsə satarsınızmı?
- Baxır kimdir, əgər bizim maraqlarımıza cavab verən tərəfdirsə əlbəttə istəyərdik.
- Şirkətinizin neçə faizini xarici investora satmağa hazırsınız?
- Gərək şərtlərə baxaq, yalnız bundan sonra demək olar.
- Tutaq ki, sizi qane edən şərtlər təklif edilir.
- Şirkətdən 30% payı sata bilərik.
- Nə üçün? Xariciyə səhm satmaq sizə niyə lazımdır?
- Bayaqkı təqdimatda Tolqa bəy (Tolqa Kotan, SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi) çox yaxşı qeyd etdi ki, xarici investor şirkətə intizam gətirir. Ola bilər ki, biz hansısa prosesləri etmək, addımlar atmaq istəyirik, amma etmirik. Xarici investor isə adamı daha intizamlı olmağa vadar edir.
- Yəni, şirkətin fəaliyyətinə kimsə nəzarət etməlidir
- Bəli, nəzarət etməlidir və məsuliyyət hissi olmalıdır.
- Bəs,bu 30%-un başqasının mülkiyyətinə keçməsinə heyfiniz gəlməyəcək ki?
- Xeyr, mən əlbəttə ki, baxasam. Görüm ki, bunun müqabilində nə itirib, nə qazanacağıq. Bunlrı müqayisə edib, baxacağıq ki, hansı çoxdur. Göründəki qazanacağımız daha çoxdur, əlbəttə ki, biz ona gedərik, yəni sata bilərik.
- İstiqraz buraxmaq fikriniz varmı?
- Xeyr, ehtiyacımız yoxdur.
- Bu halda layihələr üçün vəsait lazım olanda haradan cəlb edirsiniz?
- Biz sahibkarlığa yardım fondundan ala bilirik, illik 6% bizi qane edir.
- Son vaxtlar biznes sahəsində sürətli dəyişikliklər baş verib. Bunun sizin şirkətin işinə təsiri necə olub?
- Bizə çox yaxşı təsir edib. Prezidentin 2016-cı ildə imzaladığı fərmanlar çox yaxşı şərait yaratdı və biz həvəslənib işimizi daha da gücləndirmişik. Təsəvvür edin ki, 2017-ci ildə bizim şirkətin icracı 2 dəfə artıb. Məbləğcə hələ bizi qane edən səviyyədə olmasa da, artım ikiqatdır. Bəzi məsələlər olmasaydı fəaliyətimiz daha geniş ola bilərdi.
- Hansı məsələlər?
- Banklarla məhkəmələrimiz var. Bu da bizim işimizə maneələr törədir, imkan vermir. Buna baxmayaraq çalışırıq ki, işimizi artıraq.
- Məhəkəmə sizin işinizə necə mane olur?
- Vəsaitlərimiz araşdırılır, yersiz «stop»lar qoyulur, pullarla əməliyatlarımıza çətinliklər yaradılır və s. Belə bir misal var – mənim pulumu yeyən yox, vaxtımı yeyən düşmənimdir. Bu proses bizim vaxtımızı da alır. Vaxtımız itirilir, xaricə çıxa bilmirik, qonaq dəvət edə bilmirik və s.
- İndi hansı ölkələrə mal ixrac edirsiniz?
- Bu gün Çində, Yaponiyada, Almaniyada, Polşada, Fransada məhsullarımız satılır. Artıq İngiltərə məhsullarımızı göndərmək barədə müqavilələr bağladıq. Orada «Tovuz» adlı müəssisə yaratdıq. Ümumiyyətlə, indii İngiltərə və Fransada şirkətimizin filiallarını qurmuşuq.
- Xaricdə filial yaratmaq nə üçün lazım idi?
- Bunu etdik ki, məhsullarımızı «Made in Azerbaijan» markası ilə sataq. Biz ümumiyyətlə Avropada məhsullarımızı «Azərbaycan – Qafqazın mirvarisidir» loqosu altında satırıq.
«Şirkətimin 30%-ni satmağa hazıram» - AZƏRBAYCANLI İŞ ADAMI
12:30
9 Mart 2018