Landau Məktəbi və ya “LANDAU School” kimi tanınan təhsil müəssəsinin baş icraçı direktoru ölkənin iri holdinqinə transfer olub.
Eləcə də bax: “PAŞA Bank”dan “AccessBank”a - TRANSFER
FED.az Banker.az-a istinadən xəbər verir ki, Riad Salayev “PASHA Holding” MMC-də Transformasiya direktoru təyin edilib.
Transformasiya direktoru- 12 qeyri-maliyyə şirkəti (məsələn, daşınmaz əmlak, pərakəndə satış, tikinti, kənd təsərrüfatı) üzrə biznes və idarəetmə transformasiyasını həyata keçirmək üçün holdinqin baş direktoru və icraçı direktorları ilə işləyən şəxsdir.
R.Salayev 2021-ci ilin iyulunda LANDAU School-un baş icraçı direktoru təyin edilmişdi. Avqust ayından etibarən isə qeyd edilən yeni vəzifəsinin icrasına başlayacaq.
O, həmçinin Çikaqoda yerləşən “Adore Inc” və “McKinsey & Company” şirkətində çalışıb.