FED.az Banker.az-a istinadən xəbər verir ki, daha öncə 48 yaşlı milyarder Emmanuel Besnierinin iki şirkətinin Azərbaycan bazarını tərk etməsi ilə bağlı məlumat yayılmışdı.
Eləcə də bax: İsveçrə şirkətinin Azərbaycandakı törəməsi - BAĞLANIR
Həmin xəbərə reaksiya olaraq “Lactalis” şirkətinin Azərbaycandakı nümayəndəliyi bildirib ki, strukturu və iş proseslərini optimallaşdırmaq məqsədilə şirkət 2011-ci ildə ölkədə [Azərbaycanda] yaradılmış və hal-hazırda iki hüquqi şəxsi – “BSA International” və “Group Lactalis” adlanan nümayəndəliyi heç bir fəaliyyət göstərməyirlərmiş.
Kredit Müraciəti
Şirkət nümayəndəsi Redaksiyamıza bildirir ki, bağlanmanın səbəbi məhz budur.
“Lactalis Caspi” MMC Lactalis Qrupunun Azərbaycandakı əsas və yeganə nümayəndəsi olaraq qalır. “Hal-hazırda, Lactalis Caspi MMC, ölkədə fəaliyyət göstərən bir iş strukturu olaraq, Azərbaycanda süd biznesinin inkişafı üçün böyük planlara malikdir və ofisini bağlamağı planlaşdırmır”,- deyə şirkətin əməkdaşı bildirir.