28 iyun 2024-cü il saat 11.00- da “Kürdəmir Tikinti Mexanikləşdirmə” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Kürdəmir şəhəri, Bakı prospekti, 53 nömrəli ünvanda yerləşən inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı.
2. Təşkilati məsələlər: ( idarə heyəti, müşahidə şurası və təftiş (audit) komissiyası sədrinin və üzvlərinin seçilməsi).
3. Cəmiyyətin Kürdəmir şəhəri, Bakı prospekti, 53 nömrəli ünvanda yerləşən əmlakının satışı.
4. Cəmiyyətə məxsus istismara yararsız inventarların, əsas vəsaitlərin silinməsi və ya satılması.
5. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi.
6. Digər məsələlər.