Azərbaycanda elektronika və məişət texnikası satışı ilə məşğul olan iri ticarət şəbəkələrinin müştərilərinə tələbləri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı ən iri 6 şəbəkə üzrə apardığı müşahidələrə əsəsən xəbər verir ki, şəbəkələrin müştərilərlə bağlı əsas
tələbləri onları iş yeri üzrədir.
Bəzi ticarət şəbəkələri son iş yerində minimum 3-6 ay staj tələb edirlər, bir sıra şəbəkələrdə isə ümumiyyətlə iş stağı tələb olunmur.
Ən maraqlı tələblərdən biri «İrşad Telekom»dadır – burada kreditlə texnika əldə etmək üçün işçinin rəsmi iş yerindən başqa, onun çalışdığı iş
yerində azı 20 rəsmi işçinin olması tələb olunur..
Müştəri loyallığına gəlincə, bəzi şəbəkələr daimi müştərilərinə, digərləri isə sabit peşələr sayılan müəllim və həkimlərə üstünlük verirlər.