Azərbaycanda dünyaca məşhur “KPMG” audit və konsaltinq şirkətinin törəməsi olan “KPMG Azerbaijan”nın Risk və Konsaltinq Departamenti yeni xanım şəxsə həvalə edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, departamentin direktoru Nəsibə Muradxanova olacaq.
Eləcə də bax: “AzerGold”da yeni vəzifə təyinatı
Muradxanova KPMG bayrağı altında 2011-ci ildən işləməyə başlayıb, lakin ona qədər isə o, çalışdığı şirkətin əsas rəqiblərindən olan “PricewaterhouseCoopers” (PwC) kimi audit şirkətində çalışmışdır.
Nəsibə, karyerası ərzində bank, qiymətli kağızlar bazarı, telekommunikasiya, istehsal, enerji, ticarət və tikinti kimi sektorlara aid edilən müştərilərlə təcrübəyə malikdir, bunu şirkət açıqlamasında deyir.